Böyük Dəbilqa: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır
Bu gün Türkiyənin Antalya şəhərində Böyük Dəbilqə turnirinə start veriləcək.
Aut.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 3 cüdoçusu qüvvəsini sınayacaq.
Belə ki, kişilər arasında -60 kq. çəkidə Əhməd Yusifov, -66 kq. çəkidə Ruslan Paşayev və Rəşad Yelkiyev medallar uğrunda mübarizə aparacaq.
Martın 31-dək davam edəcək “Böyük Dəbilqə”yə Azərbaycan 9 kişi cüdoçu ilə yollanıb
