ŞOK İDDİA: Moskvadakı hadisə Parisdə də təkrarlana bilər
“Crocus City Hall”da baş verən terror aktından sonra Qərbin xüsusi xidmət orqanlarının əməkdaşları və ekspertlər terror qruplarının növbəti hücum hədəfinin Parisdəki Yay Olimpiya Oyunları olacağından qorxurlar.
Aut.az xəbər verir ki, bu barədə ABŞ-ın “Nyu York Tayms” qəzetində yazı dərc olunub.
Nəşrin yazdığıına görə, terrorla mübarizə rəsmilərinin fikrincə, Moskvadakı terror aktı yüksək səviyyədə planlaşdırılıb və yerli ekstremist şəbəkələrdən istifadə edilib.
“Mən Paris Olimpiadasından narahatam. Onlar terrorçular üçün əsas hədəf ola bilər”, – deyə BMT-nin terrorla mübarizə üzrə keçmiş yüksək rütbəli rəsmisi, hazırda Ekstremizmlə Mübarizə Layihəsinin baş məsləhətçisi olan Edmund Fitton-Braun deyib.
Qərbin yüksək rütbəli kəşfiyyat rəsmisi terrorçuları hücuma “ruhlandıran” əsas amillər kimi Avropada yataq kameralarının mövcudluğunu və Qəzzadakı münaqişənin foto və video görüntülərinin axınını göstərib.
Bildirilir ki, BMT-nin yanvar hesabatında “Bəzi Şimali Qafqaz və Mərkəzi Asiya əsilli insanların Əfqanıstan və ya Ukraynadan Avropaya üz tutmasından” bəhs edilir. Məlumata görə, bu şəxslər İS-Xorasan (red – İslam Dövləti təşkilatının “Əfqan” qolu) tərəfindən Qərbdə terror aktları təşkil etmək üçün istifadə oluna bilər. Birləşmiş Ştatlar “Crocus City Hall”a edilən hücumda məhz “İD-Xorasan”ı günahlandırır.
Qeyd edək ki, Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtı Parisdə keçiriləcək.
Aut.az
