Qayıtmaq istəyir: Ürəyimi sıxsa belə…
“Mançester Siti”nin və Argentina millisinin sabiq hücumçusu Serxio Aquero karyerasını yetriməsi olduğu “İndependyente”də bərpa edə biləcəyindən danışıb.
“İki gün əvvəl başqa bir araşdırma apardım və hər şey çox yaxşı keçdi. İndi Madridə, Meksikaya, ABŞ-a və digər yoldaşlıq görüşlərinə gedirəm. Orada necə olduğumu görəcəyəm və məşğul olmağa davam edəcəm.
Meydana qayıtmaq üçün həvəsim və istəyim var. Əvvəlcə güclənmək və ürəyimi sıxsa belə, bəzi məşqləri etmək istəyirəm. Sonra görəcəm hansı qərarı verəcəyəm. Arzu həmişə var”, – “TyC Sports” Aquerodan sitat gətirib.
Xatırladaq ki, Aquero 2021-ci ildə ürək problemlərinə görə karyerasını bitirib. 35 yaşlı forvard 2008-ci ildə Olimpiya çempionu, 2014-cü ildə Dünya Kubokunun gümüş mükafatçısı və 2021-ci ildə Amerika Kubokunun qalibidir. O, Argentina millisində 101 oyun keçirib və 42 qol vurub. Futbolçunun son klubu “Barselona” olub. Argentinalı həm də “Mançester Siti”, “Atletiko” və “İndependyente”nin rənglərini qoruyub.
Aut.az
