Bir-iki aya qərar verəcək
“Real”ın və Almaniya millisinin yarımmüdafiəçisi Toni Kroos gələcəyi ilə bağlı sualı cavablandırıb.
“Mənim gələcəyim? Bir-iki aya qərar verəcəm, sonra baxarıq”, – jurnalist Fabritsio Romano sosial şəbəkələrdə Kroosdan sitat gətirib.
Bu mövsüm Kroos “Real”ın heyətində bütün turnirlərdə 38 oyun keçirib, 1 qol vurub və 7 məhsuldar ötürmə edib. Toninin Madrid klubu ilə müqaviləsi bu ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 14 milyon avrodur.
Aut.az
