Prezidentdən onların həbsinə reaksiya: Belə vəhşilik utancvericidir
Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriges Braziliya millisinin sabiq futbolçuları – müdafiəçi Dani Alveş və hücumçu Robinyonun zorlama ittihamı ilə aldıqları məhkəmə hökmlərindən danışıb.
“Bu, Braziliya futbolunun ən çirkin dövrlərindən biridir. Futbolçunun idmanda əldə etdiklərinin onu hansısa cəzadan qoruyacağına inanaraq belə vəhşiliklərə yol verməsi utancvericidir.
Bu iki hadisə Braziliya millisinin ulduzları olmuş oyunçulara aiddir. Qurbanların cəsarətli münasibətinin getdikcə daha çox qadını belə vəhşilik qarşısında susmamağa ruhlandırması çox vacibdir”, – Rodriqesin sözlərini “Mundo Deportivo” sitat gətirib.
Xatırladaq ki, Robinyo 9 il, Alveş isə 4,5 il müddətinə azadlıqdan məhrum edilib.
Aut.az
