Millətlər Liqasının finalçıları bəlli oldu
Meksika KONKAKAF Millətlər Liqasının yarımfinalında Panama üzərində qələbə qazanıb.
Görüş 3:0 hesabı ilə başa çatıb.
Qoolları Edson Alvares, Julian Quinones və Orbelin Pineda vurublar.
Meksika martın 25-də baş tutacaq finalda ABŞ ilə qarşılaşacaq. ABŞ yarımfinalda əlavə vaxtda Yamaykaya qalib gəlib – 3:1.
Həmin gün Panama Yamayka ilə bürünc medallar uğrunda mübarizə aparacaq.
Aut.az
