Neymar zədəsini sağalda bilmir: Nə vaxt meydana qayıda biləcək?
“Santos”un hücumçusu Neymar zədəsini sağalda bilmir.
Aut.az UOL-a istinadən xəbər verir ki, buna görə onun Braziliya çempionatının ilk turu çərçivəsində keçiriləcək “Vasko da Qama” ilə matçda iştirakı real görünmür.
33 yaşlı vinger sol bud nahiyəsindən aldığı zədədən qurtula bilmir ki, bu da onu martda milli komandanın oyunlarını buraxmağa məcbur edib. Futbolçu fizioterapiyadan keçsə də, komandanın son məşqində iştirak etməyib.
“Vasko Da Qama” – “Santos” matçı martın 31-də keçiriləcək. Neymarın o vaxta sağalacağı inandırıcı deyil. Proqnozlara görə, o, 2-ci turda “Bahia” ilə görüşdə oynaya biləcək. Onun meydana çıxmasına yalnız 100% sağalacağı təqdirdə icazə veriləcək.
Aut.az
