7,5 il həbs cəzası verilən futbolçu BƏƏ-nin rezidenti oldu ki…
7,5 il müddətinə həbs cəzası almış “Spartak”ın niderlandlı hücumçusu Kvinsi Promes 2023-cü ilin dekabrında ətrafının məsləhəti ilə BƏƏ-nin rezidenti olub.
Aut.az xəbər verir ki, bu barədə “Metaratings” məlumat yayıb.
Mənbənin sözlərinə görə, futbolçuya deyilib ki, bu, onu Niderlanda potensial ekstradisiyadan xilas edə bilər. Xatırladaq ki, bir müddət əvvəl Promesin Dubayda baş vermiş qəzada hadisə yerini tərk etdiyi barədə məlumat yayılmışdı. Fevralın 29-da o, hava limanında saxlandığı üçün qış toplanışından sonra klubla birlikdə BƏƏ-dən uça bilməyib. Futbolçu polis bölməsinə aparılıb və daha sonra BƏƏ ərazisindən çıxışına qadağa qoyularaq sərbəst buraxılıb. Vurğulanıb ki, Niderland yaxın vaxtlarda Promesin ekstradisiya ediləcəyini gözləyir.
Xatırladaq ki, futbolçu Niderlandda narkotik qaçaqmalçılığına və misi oğlunu bıçaqladığına görə həbs cəzasına məruz qalıb.
Aut.az
