Kədərlidir – Ölümündən iki həftə əvvəl çəkilmiş FOTO
Çərşənbə axşamı, martın 19-da məşhur futbol şərhçisi və teleaparıcı Vasili Utkin vəfat edib.
Aut.az xəbər verir ki, medianın məlumatına görə, Utkinin ölümünün ilkin səbəbi ağciyər emboliyasıdır – qan laxtası qopub.
“Match TV”-nin şərhçisi Mixail Mossakovski sosial şəbəkədə Utkinin ölümündən iki həftə əvvəl çəkilmiş son fotoşəkillərindən birini yayımladı. Martın 6-sı idi – həmin gün Utkinin 52 yaşı tamam olurdu. Şəkildə Utkin kədərli görünür.

