Bu işlə məşğul olmaq istəyir
Belçika millisinin sabiq futbolçusu Eden Azar özünü məşqçi kimi görüb-görmədiyi haqda dnışıb.
33 yaşlı futbolçu karyerasını başa vurub.
“Bundan sonra nə olacağını bilmirəm. Peşəkar şəkildə məşqçilik edəcəyimi düşünmürəm. Amma düşünürəm ki, gənclərdən ibarət komandaları çalışdıra bilərəm. Mənim uşaqlarım var və onlara futbol oynamağı öyrətmək istəyirəm”, – Azarın sözlərini “Evening Standard” sitat gətirib.
Eden Azar karyerası ərzində “Lill”, “Çelsi” və “Real Madrid”də çıxış edib. O, klub karyerasında 623 oyun keçirib, 167 qol vurub, 157 məhsuldar ötürmə edib.
Aut.az
