İspaniya

Levandovski gələn mövsüm harada oynayacağını açıqladı

Robert Levandovski gələn yay “Barselona”dan ayrılmaq fikrində olmadığını bildirib.

Aut.az xəbər verir ki, ulduz hücumçu bu barədə Polşa mətbuatına müsahibəsində deyib.

“Gələcəyim çox aydındır: “Barselona”da qalacağam. Bu aydındır”, – polşalı forvard bildirib.

Levandovski 2022-ci ilin yayından “Barselona”da çıxış edir, müqaviləsi 2026-cı ilin yayına qədərdir. Bu mövsüm 36 yaşlı forvard “Barselona”nın heyətində bütün turnirlərdə 38 matçda 19 qol vurub və 7 məhsuldar ötürmə edib.

Aut.az