Avro-2024-ün qalib bu ölkə olacaq – Ronaldonun proqnozu
Braziliya millisinin və “Real”ın sabiq hücumçusu Ronaldo Nazario 2024-cü il Avropa çempionatının qalibi ilə bağlı proqnoz verib.
Aut.az xəbər verir ki, “Mən İspaniyanı düşünürəm”, – deyə Ronaldo “Mail Sport Football”a bildirib.
Xatırladaq ki, Avro-2024-ün final mərhələsi 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Avropa çempionatının hazırkı qalibi İtaliyadır.
