Yığmadan ona görə gedib: Söhbət iki dəqiqə belə çəkmədi
“Atletiko”nun müdafiəçisi Aksel Vitsel 2023-cü ilin mayında Belçika millisini tərk etmək qərarına nəyin təsir etdiyi barədə danışıb.
Aut.az xəbər verir ki, “Proximus Pickx”ə açıqlamasında millinin baş məşqçisi Domeniko Tedeskodn şikayətlənib.
“DÇ-2002-dən sonra ayrılmağı düşündüm, amma əvvəlcə yeni baş məşqçi Domeniko Tedesko ilə tanış olmaq istədim. İlk söhbətimiz zamanı gördüm ki, onun çoxlu yaxşı ideyaları var, amma elə hiss etdim ki, seçmə mərhələlərdə olmayacaqdım. Bu hiss nəhayət doğru oldu”.
2023-cü ilin martında Tedesko Avro-2024-ün seçmə oyunları üçün Belçikanın heyətini elan edib və Vitselə dəvət göndərməyib.
“Onun arqumentləri mənim ritm və oyun vaxtımın olmaması idi. Söhbət iki dəqiqə belə çəkmədi. Seçimi görəndə onun arqumentləri ilə razılaşmadım. O, ardıcıl deyildi. Mənə yarımmüdafiədə başqa oyunçulara üstünlük verdiyini desəydi, bunu başa düşərdim”, – deyə 35 yaşlı futbolçu deyib.
Aut.az
