Federasiya 62 futbolçunu cəzalandırdı: Görün hamını necə aldadıblar
Kamerun Futbol Federasiyası 62 futbolçunu yaşları barədə yalan danışmaqda ittiham edərək çempionat oyunlarından kənarlaşdırıb.
Aut.az “Sky Sport Italia”ya istinadən xəbər verir ki, bu, federasiyanın ölkə çempionatının pley-off mərhələsində iştiraka icazə verilən oyunçuların siyahısını dərc edərkən məlum olub.
Bildirilir ki, cəzalı futbolçular arasında sonuncu Afrika Millətlər Kubokunda iştirak edən və turnirin ən gənc oyunçusu olan 17 yaşlı Vilfrid Natan Duala da (fotodakı) siyahıda yer alıb. Qeydlərə görə, Duala 15 may 2006-cı ildə dünyaya gəldiyi bildirilir. Lakin Kamerun Futbol Federasiyası indi bu rəqəmi yalan hesab edir.
Diskvalifikasiyalar ümumilikdə 15 kluba təsir edib. Hətta bir komanda eyni anda 13 oyunçusunu itirib. Dualanın çıxış etdiyi “Viktoriya Yunayted”in isə 7 futbolçusu cəza alıb.
