90-cı illərin 10 ən yaxşı məşqçisi
“Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson “FourFourTwo” jurnalının versiyasına görə 1990-cı illərin ən yaxşı məşqçiləri reytinqinə başçılıq edir.
Aut.az xəbər verir ki, siyahıda ikinci yerdə “Ayaks” və “Barselona”ya başçılıq etmiş Yohan Kroyff qərarlaşıb. İlk üçlüyü “Milan”, “Real”, “Roma”, “Yuventus”, İngiltərə və Rusiya milli komandalarında çalışmış Fabio Kapello tamamlayır.
Siyahıya 32 mütəxəssisin daxil edilib. Ukraynanın əfsanəvi məşqçisi Valeri Lobanovski 18-ci pillədə qərarlaşıb.
İlk “onluq” belədir:
1.Aleks Ferqyuson
2.Yohan Kroyff
3.Fabio Kapello
4.Lui Van Qal
5.Frants Bekkenbauer
6.Arsen Venger
7.Marsello Lippi
8.Otmar Hitsfeld
9.Kasrlos Alberto Parreyra
10.Aime Jakuet
Aut.az
