İngiltərə

Klopp şad xəbər verdi

“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandanın azarkeşləri üçün xoş olan məlumat verib.

Au.taz xəbər verir ki, o, müdafiəçi İbrahima Konatenin zədəsini sağaltdığını və martın 17-də “Old Trafford”da keçiriləcək “Mançester Yunayted”lə İngiltərə Kubokunun 1/4 finalında heyətdə olmaq şansının yüksək olduğunu bildirib.

Konate Avropa Liqasının 1/8 final mərhələsində “Sparta” ilə səfər matçında zədələnərək 51-ci dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb.