Ronaldo bu penaltiyə belə istehza etdi – FOTO
“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasının 23-cü turunun “Əl-Hilal”la matçında komandasının qapısına təyin olunmuş penaltiyə çoxlu gülüş emojilərlə reaksiya verib.
Aut.az xəbər verir ki, ikinci hissənin ortalarında “Əl-Hilal”ın qapısına mübahisəli penalti təyin olunub. Kriştiano bu epizodu nəzərdən qaçırmayıb. Sosial şəbəkələrdə o, bu anla bağlı paylaşımın altına çoxlu gülüşn emojilər qoyub.
“Əl-Hilal” 3:1 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində komanda “Əl-Nəsr”lə xal fərqini 12-yə yüksəldib.

Aut.az
