“Barselona”dan qadınlara jest: Meydana bu formayla çıxacaqlar – FOTO
“Barselona” klubu Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xüsusi forma təqdim edib.
Aut.az xəbər verir ki, yeni oyun dəstin fotoları Kataloniya komandasının sosial şəbəkələrində təqdim olunub.
Bu gün – martın 8-i İspaniya çempionatının 28-ci turu çərçivəsində “Barsa” doğma meydanda “Malyorka” ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

