İspaniya

“Barsa” rəhbərliyi onunla əlaqə saxladı

 “Barselona” rəhbərliyi “Arsenal”ının baş məşqçisi Mikel Arteta ilə əlaqə saxlayıb.

Aut.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Joan Laporta (kataloniyalıların prezidenti) və Deko (komandanın idman direktoru) Artetanın potensialını yüksək qiymətləndirirlər. İspan mütəxəssisin bir neçə həftə əvvəl komandasını tərk etməyəcəyini bildirməsinə baxmayaraq, “Barselona” ona zəng edib.

Bununla belə, Artetanın Arsenal ilə 2025-ci ilin yayına qədər müqaviləsi olduğu üçün Mikeli dəvət etmək çox çətin hesab olunur.

Xatırladaq ki, yanvarın sonunda “mavi qranatlar”ın hazırkı baş məşqçisi Xavi klubun yeni inkişaf vektoruna ehtiyacı olduğu üçün cari mövsümün sonunda “Barselona”dan ayrılacağını bildirmişdi.

Aut.az