Boks

Bu döyüşə görə nə qədər qazanacaqlar? – Fantastik məbləğ

Martın 8-də keçmiş dünya çempionu Entoni Coşua (27-3, 24 KO) keçmiş UFC çempionu Frensis Nqannou ilə döyüşəcək.

Aut.az xəbər verir ki, onların alacaqları qonorarın məbləği bəlli olub. Kamerunlunun 20 milyon dollar alacağı bildirilir. Bu, onun karyerasının ən gəlirli döyüşü olacaq. Bu məbləğ onun Fyuri ilə mübarizədə qazandığından ikiqat çoxdur.

Bundan əlavə, Nqannounun daha 20% əlavə bonuslar almaq şansı da var.

Bu döyüş Coşua üçün də ən sərfəli döyüşlərdən biri olacaq. Onun 50 milyon dollardan çox qazanacağı bildirilir.

Rəqəmlərin hələ də dəyişə biləcəyi bildirilir, lakin Coşua mütləq Nqannoudan xeyli çox qazanacaq.

Aut.az