Unikal rekordu təkrarladılar
“Mançester Siti” Premyer Liqanın 27-ci turunun matçında “Mançester Yunayted”ə 3:1 hesabı ilə qalib gəlib.
Aut.az xəbər verir ki, “şəhərlilər” ardıcıl iki ildir öz meydanında qol vurur. “Siti” 55-ci ev matçında da fərqlənərək özünə məxsus rekordu təkrarlayıb.
Sonuncu dəfə “Mançester Siti” öz meydanında 2022-ci il martın 9-da qol vurmayıb. Həmin vaxt UEFA Çempionlar Liqası çərçivəsində keçirilən “Sportinq”lə oyunda hesab açılmayıb.
Ümumilikdə, Mançester təmsilçisi təqribən son 4 il ərzində keçirdiyi 111 ev oyunundan cəmi birində fərqlənə bilməyib.
Aut.az
