Dördqat Olimpiya çempionu karyerasını bərpa etdi: Məqsədi var
Dörd qat Olimpiya çempionu və xizək yarışı üzrə 14 qat dünya çempionu Tereza Yohauq 35 yaşında karyerasını bərpa etmək niyyətində olduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, norveçli xizəkçi 2025-ci ildə Trondheimdə keçiriləcək dünya xizək çempionatında 50 km məsafədə yarışmaq niyyətində olduğunu bildirib:
“Orada çıxış etmək istəyirəm və ümid edirəm. Amma bu, əlbəttə ki, çox çətin işdir. Dördüncü yeri tutsam, heç kim sevinməyəcək. Ona görə də qızıl medal qazanmalıyam. Bu mənim məqsədimdir.
Qeydd e dək ki, Yohauq 2021/22 mövsümündən sonra idmandan ayrılıb.
