“İnter Mayami”nin oyununa təyinat alan hakim fanat çıxdı – FOTOFAKT
MLS-in 3-cü turu çərçivəsində keçirilən “İnter Mayami” – “Orlando Siti” matçının başlamasına az qalmış qalmaqal baş verib.
Aut.az xəbər verir ki,oyuna əvvəl baş hakim kimi Gilyerme Seretta de Lima təyin edilib. Ancaq bir neçə saatdan sonra təyinat edilib. Braziliyalını dördüncü hakim Ceymi Herrera əvəzləyib.
MLS rəhbərliyinin qəfil dəyişikliyə getməsinin səbəbi Serettanın X hesabında “İnter Mayami”nin səfər formasında paylaşdığı fotolar səbəb olub. Postlar ictimaiyyətin diqqətini cəlb edib. Nəticədə çempionatın təşkilatçıları təyinatlara düzəlişlər etməli olublar.

