Almaniya

“Bayer”in lideri “Qarabağ” üçün sirrini açdı: Mənim güclü tərəfim…

“Bayer”in müdafiəçisi Alexandro Qrimaldo Almaniya klubuna keçidi haqda danışıb.

Aut.az xəbər verir ki, Qrimaldo bunun əsas səbəbinin Xabi Alonso olduğunu bildirib.

“Alonso mənə zəng edən kimi hər şey aydın oldu. Xabi Alonso kimi məşqçinin olması xüsusi bir şeydir və bizim çox yaxşı layihəmiz və çox güclü komandamız var.

İstənilən liqaya addım atmağa hazır olduğumu bilirdim. Həmişə yaxşı qollar və məhsuldar ötürmələrim olub. Sahənin son üçdə birində qərar vermək mənim güclü tərəflərimdən biridir. Və bu il, həqiqətən, hər şey çox yaxşı gedir, Xabi, onun heyəti və komanda yoldaşlarıma təşəkkür edirəm”, – “The Athletic” Qrimaldodadn sitat gətirib.

Bu mövsüm Bundesliqanın 23 turundan sonra “Bayer” 61 xalla birinci yerdədir.

Aut.az