Şevçenkonun ciddi problemləri var: Büdcəni dağıdıblar
Ukrayna Futbol Assosiasiyasında aparılan auditdən sonra təşkilatın büdcə kəsiri iki milyon avro təşkil edib.
Aut.az xəbər verir ki, bu barədə jurnalist İqor Tsıqanık məlumat verib. Bildirilir ki, Ukrayna Futbol Assosiasiyasının yeni prezidenti Andrey Şevçenko təyinatdan sonra qurumun maliyyə vəziyyətinin nəzərdən keçirilməsini təşkil edib.
Rəhbərlik nəticələrdən razı qalmayıb. Şevçenko və komandası UAF-nin normal fəaliyyəti üçün müxtəlif variantları nəzərdən keçirir.
Aut.az
