Doğma klubuna qayıdır?
“Latsio”nun baş məşqçisi Mauritsio Sarri yayda “Napoli”yə qayıda bilər.
Aut.az xəbər verir ki, bu barədə İtaliyanın “Sport Mediaset” saytı məlumat yayıb.
Françesko Kalzona bu yaxınlarda “Napoli”nin baş məşqçi təyin olunub. Ancaq bu postda müvəqqəti olduğu dəqiqdir. Kalzona əvvəllər “Napoli”də Sarrinin köməkçisi olub və İtaliya çempionunun planı yayda Sarrini gətirmək və Françeskonu yenidən məşqçilər korpusuna qaytarmaqdır.
Xatırladaq ki, Sarri “Napoli”nin təmsil etdiyi Neapolludur. O, 2015-2018-ci illərdə “Napoli”yə rəhbərlik edib.
