19 yaşlı bloqer Kakanı belə baltaladı – VİDEO
19 yaşlı bloqer IShowSpeed xeyriyyə matçında braziliyalı futbolçu Kakaya qarşı olduqca sərt oynayıb.
Aut.az xəbər verir ki, oyun fevralın 23-də Qətərdə Roberto Karlos, Eden Azar və Didye Droqba kimi bir sıra məşhur futbolçuların iştirakı ilə baş tutub. Qarşılaşmanın məqsədi çətin həyat şəraitində olan uşaqlara təhsil verən təşkilat üçün vəsait toplamaq olub.
Bloqer Kakaya arxadan sürüşmə fəndi edib və buna görə sarı vərəqə alıb. Xəbərdarlıqdan sonra bloqer hakimin qərarına emosional tərzdə etiraz edib.
Aut.az
