İngiltərə

Səudiyyənin 4 nəhəngi onu istəyir: “Siti” fantastik təklif gözləyir

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne Səudiyyə Ərəbistanı klublarının maraq dairəsinə düşüb.

Aut.az xəbər verir ki, bu barədə “The Times” yazır.

Mənbənin məlumatına görə, belçikalı ilə dörd aparıcı liqa klubu maraqlanır və son dərəcə sərfəli təkliflə çıxış etmək niyyətindədir. Klubların “Əl-İttihad”, “Əl-Əhli”, “Əl-Nəsr” və “Əl-Hilal” olduğu güman edilir.

Qeyd olunur ki, “Mançester Siti” yayda Səudiyyə Ərəbistanından böyük təklif almağa hazırdır.

Bu mövsüm De Bruyne bütün turnirlərdə 10 matçda iştirak edib, 2 qol vurub və 8 məhsuldar ötürmə verib.

Aut.az