Onun zədəsindən danışdı: Peşman deyiləm
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 finalında “İnter”lə oyunda (0:1) zədələnə Antuan Qrizman haqda danışıb.
Aut.az xəbər verir ki, Simeone bu barədə “Marca”ya açıqlamasında məlumat verib.
“Biz Qrizmannı həmişə oynamağa məcbur etmək niyyətində deyilik. Hazır olanda qayıdacaq. Bizə ən yaxşı Qrizman lazımdır, amma o, indi zədəlidir. Çempionlar Liqasında “İnter”lə matçda Qrizmanna istirahət vermədiyimə görə isə peşman deyiləm”, – Simeone bildirib.
Xatırladaq ki, Çempionlar Liqasının 1/8 finalında “İnter”lə matçın 78-ci dəqiqəsində Qrizmann zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıb. Sonradan məlum olub ki, fransalıya orta dərəcədə ayaq biləyinin əzilməsi diaqnozu qoyulub.
Aut.az
