Avropa Liqası

“Qarabağ”ın qazancı məlum oldu

“Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Aut.az xəbər verir ki, buna görə UEFA Ağdam təmsilçisinin hesabına 1,2 milyon avro köçürəcək.

Qurban Qurbanovun komandası pley-off mərhələsində iki oyunun nəticəsinə görə “Braqa”nı məğlub etməyi bacarıb. Azərbaycan təmsilçisinin bu mərhələdəki rəqibi bu gün bilinəcək.

1/8 final mərhələsinin oyunları martın 7 və 14-də oynanılacaq