“Qarabağ” Azərbaycana növbəti xalları qazandırdı
“Qarabağ” Azərbaycana UEFA reytinqində növbəti əmsalları qazandırıb.
Aut.az xəbər verir ki, Ağdam təmsilçisi UEFA Avropa Liqasının 1/8 final mərhələsinə adlamaqda ölkə reytinqinə daha 0,250 əmsal əlavə edib.
Bununla da Azərbaycan ümumi xallarının sayını 19.875-ə çatdırıb. Ağdam təmsilçisinin bu mövsüm qazandığı xalların sayı isə 5,625-dir.
Siyahya 100,803 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,614) ikinci, İtaliya (84.855) isə üçüncü pillədə qərarlaşıb.

