“Qarabağ”ın qapıçısı Andrey Lunyev Avropa Liqasının 1/8 final mərhələsinin püşkatmasının nəticələri barədə danışıb.
Aut.az xəbər verir ki, “Matç TV”-yə açıqlama verən 32 yaşlı rusiyalı əlcək sahibi yenidən sabiq komandası “Bayer Leverkuzen” ilə üz-üzə gələcəklərindən məmnun olduğunu bildirib:
“Keçmiş komandamla matç əlavə emosiyalar yaradacaq. Onlarla oynayacağımız çox gözəldir. “Bayer” çox yaxşı komandadır, xüsusən indi. Çalışacağıq ki, qələbə qazanaq və yolumuza davam edək.
Komandaların eyni qrupda çıxış etməsi bir tərəfdən müsbət haldır. Komanda ilə tanışıq. Hələ uduzmayıblar, bizim üçün əlavə stimul var. Baxmayaraq ki, bunu axtarmağa ehtiyac yoxdur (gülür). Meydana çıxıb onlara qarşı mübarizə aparmaq lazımdır.Düşünürəm ki, “Bayer” turnirin favoritlərindən biridir. Amma indiki mərhələdə artıq zəif rəqib yoxdur”.
Qeyd edək ki, sözügedən komandaların 1/8 finaldakı ilk görüşü mart 7-də Bakı, cavab oyunu isə 1 həftə sonra Leverkuzendə baş tutacaq.