“Braqa” Avropa Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində sabah Bakıda “Qarabağ”ın qonağı olacaq.
Aut.az xəbər verir ki, Portuqaliya təmsilçisinin baş məşqçisi Artur Jorje mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
-“Qarabağ” ilk oyunda üstünlük əldə edib. Sabahkı matça necə hazırlaşmısız?
– Hesab göstərir ki, qarşımızda çətin missiya var. Nəzərə alaq ki, həftəsonu gərgin oyun keçirmişik. “Qarabağ” isə istirahət edib. Amma istənilən halda istəkliyik, həddən artıq motivasiyalıyıq. Çalışacağıq ki, bu vəziyyəti xeyrimizə dəyişək.
– Bu oyun sizin üçün həyati əhəmiyyət kəsb edir?
– Bu matç heç nəyi həll eləmir. Komandamız yaxın zamanlarda kubokun qalibi olub, mövsüm hələ bitməyib. Biz mərhələni keçməklə bu uğurun davamını gətirə bilərik. Bütün oyunları udmaq iqtidarında deyilik. Meydana qələbə üçün çıxacağıq
– 2 qol vurmalısız. Necə oynamağı düşünürsünüz?
– Təbii ki, tələblər çox yüksəkdir. Futbolçuların oyundan zövq alması önəmlidir. İlk oyundan sonra futbolçular dedilər ki, hələ heç nə bitməyib, biz vəziyyəti dəyişəcəyik. Heyətimizfə keyfiyyətli oyunçular var. Şübhə etmirəm ki, onlar qarşıya qoyulan hədəfi yerinə yetirməsinlər. Bina çox inanıram.
– Sabah sizi minimal hesablı qələbə qane edəcək, yoxsa bütün düşüncəniz mərhələni keçməkdir?
– Qonaqpərvərliyə görə sizə təşəkkür edirəm. Qarşımızda çox güclü rəqib var. İstənilən halda hədəfimiz mərhələni keçməkdir., “Braqa”nın hər futbolçusu qələbə üçün vuruşmalıdır.