Fyuriyə şans tanımadı: Ayağa qalxacağına inanmıram
Keçmiş UFC çempionu Frensis Nqannu maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, keçmiş ağır çəkili titul sahibi Entoni Coşuanın öz gücünü idarə edə bilmədiyini bildirib. Kamerunlu debüt boks döyüşündə Tayson Fyurini necə yıxdığını xatırladıb və əmindir ki, Coşuanın eyni vəziyyətidə ayağa qalxmayacaq:
“Mən şübhə edirəm ki, Coşua Fyurinin mənə qarşı etdiklərini davam etdirəcək. Biz Taysonun inanılmaz noqdaunlardan geri döndüyünü əvvəllər görmüşük. Çox davamlı boksçudur. Yəqin ki, ən davamlı ağır çəkilidir. Fyurinin aldığı zərbələrdən sonra Coşuanın ayağa qalxacağına inanmıram”,
Xatırladaq ki, Coşua və Nqannu arasında döyüş martın 8-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutacaq.
