İspaniya

Komanda yoldaşlarına vacib mesaj verdi: Cəmi 45 dəqiqə…

“Barselona”nın hücumçusu Robert Levandovski komanda yoldaşlarına vacib mesaj göndərib.

Aut.az xəbər verir ki, polşalı hücumçu komanda yoldaşlarını 90 dəqiqə ərzində əzmlə mübarizə aparmağa çağırıb.

“Selta ilə matçın ikinci hissəsində çox yaxşı oynamadıq. Əgər siz 2:0 və ya 3:0 hesabı ilə qalib gəlmək istəyirsinizsə, cəmi 45 dəqiqə oynaya bilməzsiniz”, – DAZN Levandovskidən sitat gətirib.

İspaniya çempionatının 25-ci turunun “Barselona” – “Selta” matçı Viqoda, “Balaidos” stadionunda baş tutub və Kataloniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu görüşdə Levandovski dubla imza atıb.

Bu mövsüm Kataloniya komandasının polşalı forvardı klubun heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 17 qol vurub və 6 məhsuldar ötürmə edib.

Aut.az