Mbappe komanda yoldaşlarını xəbərdar etdi ki…
PSJ-nin hücumçusu Kilian Mbappe cari mövsümün sonunda Fransa nəhəngindən ayrılacağı ilə bağlı komanda yoldaşlarını məlumatlandırıb.
Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Fabris Hokins məlumat verib.
Mənbənin məlumatına görə, Mbappenin komanda yoldaşları ilə görüşü fevralın 16-da səhər PSJ-nin məşq mərkəzində baş tutub. 25 yaşlı hücumçunun getməsi xəbərinə komanda yoldaşlarının reaksiyası açıqlanmayıb.
“Real Madrid”in Mbappenin transferini aprel ayından tez elan edəcəyi barədə də mətbuatda xəbərlər yayılıb.
Aut.az
