Rəsul Emilya Sarkisyanın mühafizəçiləri ilə atışdı: Xəstəxanalıq oldu
Rusiyalı MMA döyüşçüsü Rəsul Oçayev dünən, fevralın 14-də qondarma DXR Boks Federasiyasının fəxri prezidentinin qızı Emiliya Sarkisyanın mühafizəçiləri ilə atışmada iştirak edib.
“İlkin məlumatlara görə, münaqişədə ilk atəşi “Lexus”da olan Rəsul Oçayev açıb, hazırda o, xəstəxanadadır”, – RİA Novosti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirir.
Bildirilir ki, münaqişəyə səbəb saat 21.00 radələrində Moskvanın Plyuşçixa küçəsində baş verən yol qəzası olub.
Sarkisyanın mühafizəçilərinə cüzi ziyan dəyib. Qızın özü isə xəsarət almayıb.
Oçayev 2012-ci ildə qarışıq döyüş növləri üzrə peşəkar karyerasına başlayıb. Hazırda onun 29 yaşı var.
Aut.az
