Dünya futbolu

Mbappedən geri addım: “Real”ın təklifindən narazıdır?

PSJ-nin hücumçusu Kilian Mbappe “Real”a mümkün keçidi ilə bağlı yekun qərarını təxirə salır.

Aut.az xəbər verir ki, bu barədə “Athletic” məlumat yayıb.

“Real” 2022-ci ilin mayındakı vəziyyətin təkrarlanmaması üçün Mbappenin transferi ilə məsələni yanvarın ortalarında bağlamaq istəyirdi. Bununla belə, 25 yaşlı hücumçunun özü və ətrafı hesab edir ki, onlara daha çox vaxt lazımdır.

Mbappenin “Real”a keçməsi ilə bağlı şübhələri, Madrid klubunun indi iki il əvvəlkindən daha az maliyyə şərtləri təklif etməsi. Üstəlik PSJ-nin yeni müqavilə təklifi də cəlbedici görünür.

Buna baxmayaraq, transferə razılıq versə, Mbappe yenə də “Real”ın ən çox maaş alan futbolçusu olacaq.