Türkiyə

“Beşiktaş”dan xal itkisi

Türkiyə Super Liqasında XXV tura yekun vurulub.

Aut.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” azarkeşləri önündə “Kasımpaşa”ya məğlub olub – 1:3. Şahruddin bu görüşdə start heyətdə meydana çıxıb və sona qədər oynayıb.

“Qalatasaray” bu turda “Başakşəhər”ə qalib gəlib.

“Fənərbağça” azarkeşləri önündə “Alanyaspor”la heç-heçə edib və liderliyi əldən verib.

“Beşiktaş” Kayseri səfərindən 1 xalla dönüb.

Türkiyə Super Liqası
XXV tur

9 fevral

Adana Demirspor – Kasımpaşa 1:3
Qollar: 
M.Balotelli, 87 – M.Foll, 29, A.Kara, 32, H.Hayradinoviç, 57 (pen.)

10 fevral

Karagümrük – Pendikspor 2:0
Qollar: 
E.Mor, 31, G.Yalçın, 76

Qalatasaray – Başakşəhər 2:0
Qollar:
 B.Yılmaz, 25, D.Mertens, 31

11 fevral

Sivasspor – Rizespor 1:0
Qol: 
R.Manaj, 30

İstanbulspor – Qaziantep 1:3
Qollar: 
F.Losaj, 6 – D.Draqus, 15, 60 (pen.), D.Soresku, 90+5

Konyaspor – Ankaragücü 1:0
Qol: 
L.Prip, 38

Fənərbağça – Alanyaspor 2:2
Qollar:
 D.Tadiç, 49 (pen.), E.Dzeko, 59 – L.Auqusto, 12, 63

12 fevral
Trabzonspor – Hatayspor 2:0
Qollar
: Trezege, 49. B.Enis, 77.

Kayserispor – Beşiktaş 0:0

Samsunspor –  Antalyaspor 2:0
Qollar
: Marius, 59. A.Muja, 90+1