“Fənərbağça”dan xal itkisi
Türkiyə Super Liqasında XXV turun oyunları keçirilib.
Aut.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” azarkeşləri önündə “Kasımpaşa”ya məğlub olub – 1:3. Şahruddin bu görüşdə start heyətdə meydana çıxıb və sona qədər oynayıb.
“Qalatasaray” bu turda “Başakşəhər”ə qalib gəlib.
“Fənərbağça” azarkeşləri önündə “Alanyaspor”la heç-heçə edib və liderliyi əldən verib.
Türkiyə Super Liqası
XXV tur
9 fevral
Adana Demirspor – Kasımpaşa 1:3
Qollar: M.Balotelli, 87 – M.Foll, 29, A.Kara, 32, H.Hayradinoviç, 57 (pen.)
10 fevral
Karagümrük – Pendikspor 2:0
Qollar: E.Mor, 31, G.Yalçın, 76
Qalatasaray – Başakşəhər 2:0
Qollar: B.Yılmaz, 25, D.Mertens, 31
11 fevral
Sivasspor – Rizespor 1:0
Qol: R.Manaj, 30
İstanbulspor – Qaziantep 1:3
Qollar: F.Losaj, 6 – D.Draqus, 15, 60 (pen.), D.Soresku, 90+5
Konyaspor – Ankaragücü 1:0
Qol: L.Prip, 38
Fənərbağça – Alanyaspor 2:2
Qollar: D.Tadiç, 49 (pen.), E.Dzeko, 59 – L.Auqusto, 12, 63
12 fevral
18:00 Trabzonspor – Hatayspor
21:00 Kayserispor – Beşiktaş
21:00 Samsunspor – Antalyaspor
