“Real”da ciddi itki: Ulduz futbolçu 2-3 həftə olmayacaq
“Real”ın mətbuat xidməti La Liqanın 24-cü turunda “Jirona” ilə oyunda (4:0) zədə səbəbilə əvəzlənən komandanın yarımmüdafiəçisi Cud Bellinqhemin durumunu açıqlayıb.
Aut.az xəbər verir ki, “Tibb xidməti tərəfindən bu gün aparılan müayinələrin nəticələrinə əsasən, Bellinqemin sol ayağında topuq burxulması diaqnozu qoyulub”, – deyə klubun mətbuat xidmətindən bildirilib.
İspaniya mətbuatı “Jirona” ilə matçda dubl edən 20 yaşlı futbolçunun 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.
