Yeni doğulmuş qızını ilk dəfə gördü – FOTO
Ağır çəki dərəcəsində WBA, WBO, IBO və IBF çempionluq kəmərlərinin hazırkı sahibi Aleksandr Usik Mariya adını daşıyan yeni doğulmuş qızını ilk dəfə görüb.
Aut.az xəbər verir ki, görüş fotosunu çempionun həyat yoldaşı Yekaterina İnstaqramda yerləşdirib.
Usik ailəsində yanvarın 28-də Kiyev klinikalarından birində bir qız övladı dünyaya gəlib. O, 5 kq çəki 53 sm boyunda doğulub. Xatırladaq ki, Aleksandr və Yekaterinanın Yelizaveta adlı bir qızı, Kiril və Mixail adlı iki oğlu var.
Aleksandr Usik WBC titulunun sahibi Tyson Fury ilə döyüşə hazırlıq səbəbi ilə qızının doğumu zamanı Ukraynada olmamışdı. Britaniyalı zədələndiyi üçün döyüş mayın 18-nə təxirə salınıb.

Aut.az
