Dünya futbolu

Ronaldo azarkeşlərə qəzəbləndi: Mən buradayam, Messi yoxdur

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo yoldaşlıq görüşündə “Əl-Hilal” azarkeşlərinin davranışına (0:2) emosional reaksiya verib.

Aut.az xəbər verir ki, Ronaldo hər dəfə topa toxunanda “Əl-Hilal azarkeşləri Lionel Messinin adını səsləndiriblər. Bir epizodda Ronaldo tribunalara işarə edərək deyib: “Mən buradayam… Messi yoxdur!”

Xatırladaq ki, “Əl-Nəsr” bundan əvvəl yoldaşlıq görüşündə “İnter Mayami”ni 6:0 hesabı ilə məğlub etmişdi.

Ronaldo 2023-cü ildən “Əl-Nəsr”də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Bu mövsüm Ronaldo bütün turnirlərdə 25 matçda iştirak edib, 24 qol vurub, 11 məhsuldar ötürmə edib.

Aut.az