Azərbaycanlı şahmat hakimi A kateqoriyalı status aldı
Azərbaycan Şahmat Federasiyasının daha bir hakimi “A” kateqoriyalı hakim statusu alıb.
Aut.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasında mövcud normativlərə cavab verən İlahə Qədimova “A” kateqoriyalı hakimlik lisenziyasını əldə edib.
Bununla Azərbaycanda “A” kateqoriyalı hakimlərin sayı ikiyə çatıb. Uzun illər Azərbaycan Şahmat Federasiyasının 1-ci Vitse-prezidenti Faiq Həsənov “A” kateqoriyasına layiq görülən yeganə hakim olub.
