Boks

Superdöyüşün tarixi açıqlandı

Ağır çəkidə mütləq dünya çempionu adı uğrunda Tayson Fyuri ilə Aleksandr Usik arasında keçiriləcək döyüşün tarixi məlum olub.

Aut.az xəbər verir ki, superdöyüş mayın 18-də baş tutacaq. Səudiyyə Ərəbistanı kral sarayının müşaviri Turki Əl-Əş-Şeyx bu barədə məlumat yayıb.

O, ikinci təxirə salınma halında, günahkarın qonorarından 10 milyon dollar cərimələnəcəyini bildirib. Fevralın 17-nə planlaşdırılan boks gecəsi isə tamamilə ləğv ediləcək.

Qeyd edək ki, əvvəlcə döyüş fevral ayına planlaşdırılıb. Fyuri məşq zamanı zədə aldığı üçün təxirə salınıb.