Daha bir məşhur futbolçu karyerasını bitirdi
“Mançester Yunayted”, “Everton” və Belçika millisinin sabiq yarımmüdafiəçisi Maruan Fellayni peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, Fellayni bu barədə sosial şəbəkədə yazıb. 36 yaşlı futbolçu qərarını açıqladığı paylaşımda onu dəstəkləyən azarkeşlərə, birlikdə oynadığı komanda yoldaşlarına və rəhbərliyi altında oynadığı məşqçilərə təşəkkür edib.
Xatırladaq ki, belçikalı futbolçu 2008-2013-cü illərdə “Everton”da çıxış edib. O, daha sonra 2019-cu ilə qədər oynadığı “Mançester Yunayted”ə keçib.
“Qırmızı şeytanlar”dan Çinin “Şandunq Lunenq” klubuna keçib və karyerasını bitirmək qərarı verilənə qədər burada çıxış edib.
Fellayni “Mançester Yunayted”də 177 matçda iştirak edib, 22 qol vurub, 12 məhsuldar ötürmə edib.
Aut.az
