Derbidə oynaya biləcək?
“Atletiko Madrid”in hücumçusu Alvaro Morata zədəsini sağaldıb.
Aut.az xəbər verir ki, ispaniyalı forvard zədə səbəbindən La Liqanın 20-ci turunun “Rayo Valyekano” ilə oyununda (2:1) komandasına kömək edə bilməyib.
Həkimlər Moratanı ən qısa zamanda sağalmasına nail olublar. Bununla hücumçu Madrid derbisində iştirak edə biləcək.
Bu mövsüm Alvaro Morata bütün turnirlərdə 30 matçda meydana çıxıb, 19 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Real” – “Atletiko” matçı fevralın 4-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
