Digər

Ona səsləndi: 2,5 il keçib, yaxtadan düş, adam

UFC-də yüngül çəkili döyüşçü Maykl Çandler Konor Makqreqora qarşı döyüşəcəyi ilə bağlı şayiələrdən danışıb.

Aut.az xəbər verir ki, daha əvvəl döyüşün yayda baş tuta biləcəyi bildirilirdi. İndi məlumat ortaya çıxıb ki, Makqreqor və Çandler aprel ayında UFC 300-də döyüşə bilərlər.

“Mən başa düşürəm. Onun zədəsi var idi. Amma Konor hazırda sağlamdır. Bəs niyə UFC 300-də döyüşməyək? 2,5 il keçdi… Artıq yaxtadan düş, adam”, – Çandler sosial şəbəkələrdə yazıb.

Makqreqor sonuncu döyüşünü 2021-ci ilin iyulunda ayağının sınması səbəbindən Dastin Puayeyə uduzduğu zaman keçirib.

Aut.az