“Milan” türkü Avropaya qaytarmaq istəyir
Müdafiədəki kadr problemləri “Milan”ı hazırkı transfer pəncərəsində oyunçu almağa vadar edir.
Aut.az xəbər verir ki, insayder Canluka Di Marzionun sözlərinə görə, “rossonerilər” diqqətini “Əl-Əhli”nin mərkəz müdafiəçisi Merih Demirələ yönəldib.
Bu transferi başa çatdırmaq asan olmayacaq, çünki 25 yaşlı türkiyəli futbolçu yalnız keçən avqustda “Atalanta”dan “Əl-Əhli”yə keçib. Demiral A Seriyasında “Yuventus” və “Sassuolo”da da çıxış edib.
Bu mövsüm Dəmiral “Əl-Əhli”nin heyətində bütün turnirlərdə 8 matçda 1 qol və 1 məhsuldar ötürmə edib. Müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub, transfer dəyəri 18 milyon avro olaraq qiymətləndirilir.
Aut.az
