İtaliya

“İnter”dən qələbə

İtaliya A Seriyasında XXII turun oyunları keçirilir.

Aut.az xəbər verir ki, turun açılış oyununda “Torino” səfərdə “Kalyari”yə qalib gəlib.

İkinci oyun günündə daha üç qarşılaşma baş tutub. “Atalanta” “Udineze”ni məğlub edib. “Yuventus” 10 nəfərlə qaldığı oyunda “Empoli” ilə heç-heçəyə razılaşıb. “Milan” isə azarkeşləri önündə “Bolonya” ilə bərabərə qalıb.

“İnter”səfərdən qələbə ilə dönməyi bacarıb, “Napoli” isə 1 xalla kifayətlənib.

A Seriyası
XXII tur
26 yanvar

Kalyari -Torino 1:2
Qollar:
 Viola, 77 – Sapata, 23. Riççi, 45+3.

27 yanvar

Atalanta – Udineze 2:0
Qollar: 
A.Mirançuk, 33, C.Skamakka, 45+1

Yuventus – Empoli 1:1
Qollar: 
D.Vlahoviç, 50 – T.Baldantsi, 70

Milan – Bolonya 2:2
Qollar: 
R.Loftus-Çik, 45, 83 – C.Zirkzee, 29, R.Orsolini, 90+2 (pen.)

28 yanvar
Cenoa – Leççe 2:1
Qollar:
 Reteqi, 70. Ekuban, 76 – Krstoviç, 31.

Montsa – Sassuolo 1:0
Qol:
 Kolpani, 31.

Verona – Frozinone 1:1
Qollar: 
Suslov, 45+3(pen). – Kayo Jorje, 58.

Latsio – Napoli 0:0

Fiorentina – İnter 0:1
Qol:
 Lautaro Martines, 14.

29 yanvar
23:45. Salernitana – Roma